Xəbərlər

İspaniya Müdafiə Nazirliyi zirehli maşınların alınması üçün 1.74 milyard avro dəyərində müqavilə imzalayıb

İspaniya Müdafiə Nazirliyi avqustun 25-də General Dynamics European Land Systems-Santa Bárbara Sistemas (GDELS-SBS) və başqa 3 şirkətlə 348 ədəd 8×8 Təkərli Döyüş Maşınlarının alınmasına dair 1.74 milyard avro (2.06 milyard dollar) dəyərində müqavilə imzalayıb.

Bu barədə Azeri Defence saytı GDELS şirkətinə istinadən məlumat verib.

Müqavilədə GDELS-SBS şirkətinin payı 733 milyon avro (870 milyon ABŞ dolları) səviyyəsindədir.

Proqram çərçivəsində nəqliyyat vasitələrinin sayının minədək artırılacağı gözlənilir.

İspaniya Ordusu tərəfindən “Dragón” adı verilən nəqliyyat vasitəsi GDELS 8×8 PIRANHA 5 təkərli döyüş maşınına əsaslanır. Çatdırılmaların müddəti 7 ildir.

 

Back to top button