İspaniya növbəti “Leopard”ları gələn ayın sonunda Ukraynaya çatdıracaq

İspaniya növbəti “Leopard”ları gələn ayın sonunda Ukraynaya çatdıracaq

İspaniya “Leopard” tanklarının ikinci partiyasını gələn ayın sonunda Ukraynaya təhvil verəcək.

“Poliqon” xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında bildirib.

O, həmçinin həmin tarixlərdə Ukraynaya müxtəlif növ sursatların, 155 mm-lik artilleriya mərmilərinin, “Patriot” zenit-raket kompleksləri üçün raketlərin, antidron sistemlərinin, uzaqdan idarə olunan qüllələrin, optik müşahidə və izləmə cihazlarının da tədarük ediləcəyini açıqlayıb.

Qeyd olunub ki, İspaniyanın Ukraynaya uzunmüddətli dəstəyi gələcəkdə bu ölkələr arasında ikitərəfli təhlükəsizlik sazişinin imzalanması ilə dəstəklənəcək.

CATEGORIES