İspaniya Ukraynaya tank və zirehli transportyorlar bağışlaya bilər

İspaniya Ukraynaya tank və zirehli transportyorlar bağışlaya bilər

İspaniya Rusiyanın işğalından müdafiə etmək üçün Ukraynaya 10 ədəd “Leopard 2A4” tankı və 20 ədəd M113 zirehli transportyoru bağışlaya bilər.

“Poliqon” “Infodefensa”ya istinadən xəbər verir ki, İspaniya tərəfi bu barədə danışıqlara hazır olduğunu bildirib.

Qeyd olunub ki, İspaniya Müdafiə Nazirliyinin məsul şəxsləri Kiyevin əlavə hərbi yardımla bağlı təkrar müraciətlərinə cavab olaraq adıçəkilən texnikaların Ukraynaya təhvil verilməsi imkanlarını araşdırır.

İspaniyanın bağışlamaq istədiyi texnikaların modernləşdirilməsi lazım gəlir ki, onun xərcləri Ukraynanın üzərinə düşəcək. Modernləşdirilmənin İspaniya şirkətlərində həyata keçirilməsi planlaşdırılıb. Bir qrup rəsmilər modernləşdirilmə xərclərinin Avropa İttifaqının Avropa Sülh Fondundan alınmasını məqsədəuyğun hesab edir.

Texnikaların modernləşdirilməsinin maliyyə dəyəri 5-15 milyon avro təşkil edəcəyi bildirilib. İspaniya hökuməti işlərin getdiyi təqdirdə hərbi texnikaların cari ilin sonuna qədər tədarük edilə biləcəyini də açıqlayıb.

Ukraynaya təhvil verilməsi nəzərdə tutulan “Leopard 2A4” tanklarının bir qədər yeni, M113 zirehli transportyorlarının isə köhnə olduğu vurğulanıb. Hazırda İspaniya ordusunda 1250 ədəd M113 zirehli transportyorunun olduğu bildirilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS