Ramil Usubov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

Ramil Usubov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov mayın 13-də ölkəmizdə səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhlükəsizlik Şurasından “Poliqon”a verilən məlumata görə, görüşdə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

R.Usubov  ümidvar olduğunu bildirib ki, yeni məsul vəzifəsində Baş katibin ölkəmizə ilk səfərinin, bugünkü tədbirin, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşün iki qardaş dövlət ərazisində əmin-amanlıgın və təhlükəsizliyin gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

Okay Memiş müvafiq qurumlarımız arasında əlaqələrin möhkəmlənməsi və daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, belə görüşlərin təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

CATEGORIES