İsrail ən yeni müdafiə təyinatlı həllərini Bakıda nümayiş etdirəcək

İsrail ən yeni müdafiə təyinatlı həllərini Bakıda nümayiş etdirəcək

Azərbaycanda Bakı şəhərində 6-8 sentyabr tarixlərində keçiriləcək 4-cü ADEX-2022 sərgisində milli pavilyonla təmsil olunan İsraildən geniş qatılım olacaq.

“Poliqon” xəbər verir ki, ADEX-2022 sərgisində İsrailin “Israel Aerospace Industries” (IAI), “Rafael Advanced Defense Systems” (Rafael), “Elbit Systems”, “Aeronautics Group”, “BIRD Aerosystems”, EMTAN, “Plasan”, “TSG IT Advanced Systems” şirkətləri iştirak edəcək.

“Israel Aerospace Industries” müdafiə sənayesində quru, hava, dəniz, kəşfiyyat, eləcə də kosmik sistemlər hazırlayan və bu sahədə kifayət qədər ixtsaslaşmış şirkətdir. Şirkət pilotsuz uçuş aparatları (PUA) sahəsində həm “Heron TP”, “Heron”, “Heron MK II”, “Long Runner”, “Tactical Heron”, “Searcher Mk III”, “BirdEye 650D”, “ThunderB-Vtol”, “WanderB-VTOL” kimi kəşfiyyat xarakterli, həm də “Harpy”, “Harop”, “Mini Harop”, ROTEM kimi düşmən hədəflərinin məhv olunması üçün nəzərdə tutulan kamikadze PUA-lar istehsal edir. IAI PUA-larının müxtəlif variantları Azərbaycan Silahlı Qüvvələrinin də arsenalında yer alır.

Product Gallery 825X515 Harop 02

Heron MK

IAI şirkəti düşmənin dərinlikdəki hədəflərini, mövqelərini, zirehli döyüş texnika və sığınacaqlarını məhv etmək üçün həm quru, həm hava, həm də dəniz platformalarına uyğun LAHAT, LORA, GRIFFIN III, “Sledgehammer” və “Rampage” raketlərini hazırlayır. Azərbaycan Ordusunun silahlanmasında olan LORA raket sistemindən Vətən müharibəsində uğurla istifadə edilib.

lora ballistic missile firing trial completed

Həmçinin, IAI şirkəti “Arrow 3”, “Arrow 2”, BARAK ER, BARAK MRAD, BARAK MX “Systems”, BARAK LRAD hava hücumundan müdafiə sitemlərini istehsal edir. Qeyd edək ki, Azərbaycan HHQ-nin inventarında IAI şirkətinin istehsalı olan BARAK-8 zenit-raket kompleksi (ZRK) yer alır.

barak er successful firing trials 825x515 e1616485582258

IAI hava hücumundan müdafiə sistemləri dedikdə təkcə ZRK-lər yox, həm də radar sistemləri istehsal edir. Bunlara “ELM-2090 TERRA-Strategic Early Warning”, “ELM-2090U ULTRA Early Warning UHF Radar”, ELM-2084 MMR (Multi Mission Radar), “ELM-2026B Very Short Air Defense Radar V” və başqaları daxildir.

Bundan əlavə şirkət həm elektronik döyüş, naviqasiya, elektro-optik, mina təmizləmə, mühəndislik dəstəyi, zirehli texnikalar üçün mühafizə sistemləri, həm də yerüstü döyüş robotları və pilotsuz dəniz vasitələri istehsal edir.

“Elbit Systems” şirkəti müştərilərə elektro-optik, rabitə, radioelektron, ISR, PUA, döyüş robotları, quru, dəniz, hərbi təyyarə, helikopter sitemləri və s. ilə bağlı məhsullar və həllər təklif edir.
Şirkət pilotsuz uçuş aparatları sahəsində “Hermes 45”, “Hermes 900”, “Hermes 450”, “Skystriker”, “Skylark 3”, “Hermes 900 StarLiner”, “Skylark I-LEX”, “Multi-Rotor Small UAS” PUA-lar istehsal edir. Bundan əlavə şirkət həm də PUA-ların servis və idarə mərkəzlərinin yaradılmasını da həyata keçirir. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan “Elbit Systems”in PUA-ları Vətən müharibəsində geniş istifadə edilib.

WPHermes 900 Starliner

“Elbit Systems”in hazırladığı rabitə cihazları və sistemləri bir çox ölkə tərəfindən böyük maraq görür. Şirkət burada həm VHF\UHF tipli CNR-710, CNR 710MB, CNR-9000, CNR-9000HDR, həm də “E-LynX Mobile SDR” ailəsinə daxil olan “E-LynX Soldier Radio”, “E-LynX Handheld”, “E-LynX Manpack”, “E-LynX Vehicular HH”, “E-LynX Vehicular MP”, “E-LynX AR”, “E-LynX VIC-500 IP” və “E-LynX SAT” rabitə cihazlarını istifadə edir.

E LynX SDR

Qeyd edək ki, Azərbaycan Ordusunun silahlanmasında “Elbit Systems”in istehsalı olan həm “E-LynX PNR-1000”, “Tadiran PRC-710”, “PRC-930 HDR”, “VRC-950 HDR” və “VRC-990 HDR” rabitə vasitələri də yer alır.

“Aeronautics Group” pilotsuz uçuş aparalarının istehsalı səhəsində ixtisaslaşlan şirkətlərdəndir. Şirkət tərəfindən “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4”, “Orbiter 1K”, “Aerostar”, “Dominator” PUA-ları hazırlanır.

“Aeronautics Group” ADEX-2022 sərgisində ilk dəfə olaraq “Orbiter-4” pilotsuz uçuş aparatının (PUA) yeni modifikasiyasını və yeni hazırlanan “Trojan” adlı PUA-sını nümayiş etdirəcək. “Aeronautics Group” mühəndisləri tərəfindən təkmilləşdirilimiş “Orbiter-4” PUA sələfindən fərqli olaraq vertikal qalxma və enmə (Vertical Take-Off and Landing-VTOL) xüsusiyyətlərinə malikdir. Bu isə onu personal tərəfindən qısa zaman ərzində havaya qaldırılmasına kömək edir.

Orbiter M STAMP

“Aeronautics Group” şirkətinin çətin taktiki tapşırıqları yerinə yetirmək üçün yeni hazırladığı VTOL tipli “Trojan” PUA həm ISR (Intelligence, Surveillance and Reconnaissance), həm də WAPS (Wide-Area-Persistent-Surveillance) imkanlarına sahib çox yönlü və dinamik həlldir. Sistem dəqiq, etibarlı, real vaxt situasiya məlumatlılığını təmin etmək üçün qabaqcıl analitika imkanları ilə birlikdə çoxsaylı sensorlardan istifadə edir.

Trojan.

İsrailin “Rafael” şirkəti müdafiə sənayesi sahəsində həm quru, həm dəniz, həm də hava sistemləri istehsal edən şirkətdir. Şirkətin bu sahədə istehsal etdiyi silahlar arasında daha çox hava hücumundan müdafiə sistemləri ön plana çıxır. Bunlara DAVID`s SLING, “Iron Dome”, “Spyder” hava hücumundan müdafiə sistemləri aiddir.

GZ6PYK8A pzKRzLWA

“Dəmir Qübbə” C-RAM (raket, artilleriya və minaatanlara qarşı önləmə), eləcə də təyyarə, helikopter, o cümlədən PUA və PGM-lərə qarşı effektiv müdafiə həllini təmin edən dünyada yeganə ikili missiya sistemidir. “Dəmir Qübbə” hava hücumundan müdafiə kompleksinin effektiv mənzili minimum 4 km, maksimum 70 km-dir. Onu da qeyd edək ki, sistem rəsmi olaraq iki ölkənin- ABŞ və İsrail Ordularının silahlanmasında mövcuddur.

SPIKE tank əleyhinə idarəolunan raket kompleksi (TƏİRK) şirkətin qlobal bazarda ən çox tələb görən məhsullarındadır. Belə ki, şirkət bu TƏİR kompleksini 30000 ədəd olmaqla 39 ölkəyə satıb. SPIKE TƏİRK ailəsinin – SPIKE NLOS, SPIKE LR2, SPIKE ER2, SPIKE SR, SPIKE FIREFLY variantları vardr. Məlumat üçün bildirək ki, Azərbaycan da bu TƏİR komplekslərindən istifadə edən ölkələr sırasındadır.

spike

Poliqon.az

CATEGORIES
TAGS