İsrailin müdafiə naziri Azərbaycana gələcək – YENİLƏNİB

İsrailin müdafiə naziri Azərbaycana gələcək – YENİLƏNİB

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrailin müdafiə naziri Yoav Qallant ölkəyə rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a bildirilib ki, Y.Qallantın İsrailin müdafiə naziri kimi Azərbaycana ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

***

İsrailin Müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana gələcək.

Bu barədə “Poliqon” “The Jerusalem Post”a istinadən xəbər verirb.

Bildirilib ki, rəsmi səfər çərçivəsində Yoav Qallant Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və ölkənin digər təhlükəsizlik qurumlarinin rəhbərləri ilə görüşəcək.

Səfərin məqsədi ikitərəfli strateji əlaqələri, diplomatik koordinasiyanı gücləndirmək, iki ölkə arasında müdafiə və texnoloji əlaqələri genişləndirməkdir.

Poliqon.az

CATEGORIES
TAGS