İsveç NLAW tank əleyhinə raket kompleksləri alır

İsveç NLAW tank əleyhinə raket kompleksləri alır

“Saab” şirkəti İsveç Ordusuna NLAW tank əleyhinə raket kompleksləri tədarük edəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla bağlı şirkət və  İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında 900 milyon İsveç kronu (86.6 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Razılaşmanın şərtinə əsasən şirkət NLAW komplekslərinin istehsalını və İsveç Ordusuna təhvil verilməsi işlərini 2024-2026 illər ərzində həyata keçirəcək.

Qeyd edək ki, İsveçdə “Robot 57” adlanan kompleks müasir döyüş maşınları ilə mübarizə üçün istifadə olunur. Kompleksin döyüş mənzili 20-800 metr, ağırlığı 12.5 kiloqram və xidməti dövrü 20 ildir.

Xatırladaq ki, bu ayın əvvəlində NLAW tank əleyhinə raket kompleksinin tədarük edilməsi ilə bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyi və “Saab” arasında 2.9 milyard İsveç kronu (281.7 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Poliqon.az

CATEGORIES
TAGS