Xəbərlər

İsveç Ordusu İsrail istehsalı rabitə cihazları əldə edəcək

İsveç Müdafiə Satınalmalar Agentliyi (FMV) İsrailin “Elbit Systems” şirkətinin Almaniyadakı törəməsi olan “Elbit Systems Deutschland” şirkəti ilə yeni rabitə cihazlarının tədarükü barəsində müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Elbit Systems” şirkəti məlumat yayıb.

Məlumatda FMV ilə “Elbit Systems Deutschland” şirkəti arasında imzalanan 23 milyon ABŞ dolları dəyərindəki müqaviləyə əsasən, İsveç Ordusunun “E-LynX” SDR (Software Defined Radio) proqram təminatlı rabitə cihazlarını əldə edəcəyi bildirilib.

Şirkət tərəfindən qeyd edilib ki, müqavilə 30 ay ərzində reallaşdırılacaq.

Hazırda “E-LynX” SDR ailəsinin radio stansiyaları Azərbaycan və NATO ölkələri də daxil olmaqla bir çox Avropa dövlətlərinin Orduları tərəfindən istifadə edilir.

Poliqon.az

Back to top button