İsveç və Polşa şirkətləri müdafiə həllərinin inkişafında əməkdaşlıq edəcək

İsveç və Polşa şirkətləri müdafiə həllərinin inkişafında əməkdaşlıq edəcək

İsveçin “Saab” və Polşanın “Polska Grupa Zbrojeniowa” (PGZ) şirkətləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bu memorandumla hər iki şirkət Polşa və Avropanın təhlükəsizliyini dəstəkləyən layihələrdə potensial tərəfdaş kimi əməkdaşlıq etməyi hədəfləyir.

Memorandum Polşanın Kielce şəhərində keçirilən MSPO-2025 beynəlxalq müdafiə sənayesi sərgisində imzalanıb. Bu sənəd PGZ ilə “Saab” arasında çoxşaxəli əməliyyatlara dair müdafiə həllərinin inkişafına aid layihələrdə mümkün əməkdaşlığın araşdırılmasına marağı təsdiqləyir. Şirkətlər, həmçinin Ukraynanı dəstəkləyən birgə təşəbbüslərin həyata keçirilməsi, o cümlədən Ukrayna sənayesi ilə əməkdaşlıq imkanlarını qiymətləndirəcəklər.

Əməkdaşlıq hava, quru və dəniz sahələrində müxtəlif layihələri əhatə edə bilər. Məqsəd iki şirkət arasında sənaye əlaqələri qurmaq, bununla da strateji tərəfdaşlığa nail olmaq və Polşa Silahlı Qüvvələrinin imkanlarının modernləşdirilməsində fəal rol oynamaqdır.

CATEGORIES
TAGS