İsveçrədə ağıllı THOR minaatan minası yaradılıb

İsveçrədə ağıllı THOR minaatan minası yaradılıb

İsveçrənin “Saab Bofors Dynamics Switzerland” (SBDS) şirkəti 120 mm çaplı “ağıllı” minaatan minasının inkişafının başa çatdırıldığını və ilk ixtisas partiyasının istehsal olunduğunu elan edib.

“Poliqon” SBDS şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 120 mm-lik THOR minası mobil minaatan sistemləri ilə yerləşdirməyə diqqət yetirməklə müxtəlif potensial müştərilərə təqdim edilib.

Qeyd edək ki, THOR minaatan minası ilk dəfə ictimaiyyətə Böyük Britaniyanın paytaxtı London şəhərində 2017-ci ilin sentyabr ayında keçirilən DSEI-2017 (Defence Security and Equipment International Exhibition and Conference) beynəlxalq silah sərgisində təqdim edilib. Yaradıcılar onu minaatan döyüş sursatlarının yeni nəslinə aid etməklə gücünə görə 155 mm-lik artilleriya mərmisi eyni sıraya qoyurlar. Onların fikrincə, standart mina partlayanda qəlpələrin təxminən 50%-ni yuxarıya səpələyir ki, bu da onun effektivliyini azaldır. Eyni zamanda, THOR minası, əsas hissənin silindrik forması sayəsində, öz sinfindəki standart minalarla müqayisədə qəlpələri 20% daha effektiv istiqamətləndirir və 250% daha ölümcüldür.

THOR minaları bir-birindən döyüş atımı və məhvedici elementlərin növü ilə fərqlənən müxtəlif modifikasiyalarda istehsal olunur. Baza versiyasında 120 mm-lik minaatan mərmisinin kütləsi 15 kq, tərkibindəki PBXN-110 partlayıcı maddəsinin kütləsi 3,4 kq-dır. Mina əlavə 1 kq partlayıcı ilə təmin oluna bilər. Minanın uzunluğu 770 mm-dir və onda məhvedici element qismində 4250 polad diyircək var. Atəş yığımının maksimal atəş məsafəsi 8500 metrdir.

Bundan başqa, THOR minalarından istifadə tətbiqin yan fəsadlarını əhəmiyyətli dərəcədə azalda bilər. Konstruktorların fikrincə, yeni minalarda idarə olunan təhlükəsizlik zonaları var ki, bu da minaatan atışını daha dəqiq və proqnozlaşdırıla bilən edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS