İtaliya HDQ üçün U212NFS sinifli üçüncü sualtı qayığın inşasına başlanıb

İtaliya HDQ üçün U212NFS sinifli üçüncü sualtı qayığın inşasına başlanıb

“Fincantieri” şirkəti İtaliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün U212NFS sinifli üçüncü sualtı qayığın inşasına başlayıb.

Bu barədə “Poliqon” “Fincantieri” şirkətinə istinadən xəbər verib.

Şirkətin bildirdiyinə görə, U212NFS proqramı çərçivəsində üçüncü sualtı qayığın inşa edilməsi ilə bağlı işlər “Fincantieri”nin “Muggiano” (“La Spezia”) tərsanəsində aparılır.

Qeyd edək ki, proqram əsasında inşa ediləcək U212NFS sualtı qayıqları, hazırda İtaliya HDQ-nin donanmasında xidmət göstərən və istismar müddəti başa çatmaq üzrə olan 4 ədəd “Sauro” sinifli sualtı qayığı əvəz edəcək.

2021-ci ildə bağlanmış müqavilə çərçivəsində inşa olunacaq ilk iki sualtı qayıq sifarişçiyə 2027 və 2029-cu illərdə təhvil veriləcək.

Xatırladaq ki, üçüncü sualtı qayığın inşa olunması ilə əlaqədar qərar ötən həftə İtaliya parlamenti tərəfindən təsdiq olunub.

Poliqon.az

CATEGORIES
TAGS