JARMOL lazer silahı Türkiyə Jandarma Baş Komandanlığının inventarına daxil edilib
ASELSAN şirkəti və TÜBİTAK BİLGEM mərkəzi tərəfindən birgə hazırlanan JARMOL (Jandarma Araca Monte Lazer Silah Sistemi) Türkiyə Jandarma Baş Komandanlığının inventarına daxil edilib.
Bu barədə “Poliqon” Türkiyə Jandarma Baş Komandanlığının mətbuat xidmətinə istinadən xəbər verib.
JARMOL ilə bağlı fikirlərini bölüşən ASELSAN-ın baş direktoru Ahmet Akyol, bu sistemin dron təhdidlərinə qarşı mübarizədə istifadə olunacağını bildirib.
“Dron təhlükələrinə qarşı aşkarlama, izləmə, elektron qarışdırma və koretmə imkanlarına malik ASELSAN İHTAR sisteminin də inteqrasiya edildiyi JARMOL lazer silah sistemi Jandarmamıza xeyirli olsun. Daha güclü sistemlər üçün TÜBİTAK ilə birlikdə çalışmağa davam edirik”, – deyə ASELSAN-ın baş direktoru vurğulayıb.