“Kalaşnikov” istehsal həcmini 38 faiz artırıb

“Kalaşnikov” istehsal həcmini 38 faiz artırıb

Rusiyanın “Kalaşnikov” konserni 2023-cü ilin birinci rübündə silah məmulatlarının istehsal həcmini 38 faiz artırıb.

Bu barədə “Poliqon” “Kalaşnikov” konserninə istinadən xəbər verib.

Bildirilib ki, konsern tərəfindən təhvil verilən məhsulların sayına görə son 10 ildə rekord qeydə alınıb.

2023-cü ilin ilk üç ayı ilə bağlı fikirlərini bölüşən “Kalaşnikov”un prezidenti Alan Luşnikov, konsern üçün cari ilin birinci rübünü müsbət qiymətləndirib.

“Məmnuniyyətlə bildirək ki, dövlət müdafiə sifarişi üzrə istehsal həcminin artırılması ilə bağlı ötən il Rusiya prezidenti və müdafiə naziri tərəfindən konsern qarşısında qoyulan tapşırıqlar bizim tərəfimizdən tam şəkildə yerinə yetirilmişdir”, – deyə A.Luşnikov qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS