“Kalaşnikov” konserni BK-10 katerinin təkmilləşdirilməsi üçün Rusiya HDQ-dən cavab gözləyir

“Kalaşnikov” konserni BK-10 katerinin təkmilləşdirilməsi üçün Rusiya HDQ-dən cavab gözləyir

“Kalaşnikov” konserni BK-10 katerinin təkmilləşdirilməsi üçün Rusiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təklif olunan variantlarla bağlı cavab gözləyir.

“Poliqon” xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə açıqlamasında “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikov deyib.

A.Luşnikov təkmilləşdirmə çərçivəsində 02450 layihəli BK-10 sürətli hücum kateri üçün yerli güc qurğusu təyin olunduğunu bildirib: “BK-10 katerinin təkmilləşdirilməsi üçün lazımi plan həlləri tamamlanaraq Rusiya Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinə təqdim edilib. Təklif olunan həllər ilə bağlı müştərinin rəyini gözləyirik”.

Konsernin prezidenti qeyd edib ki, tələb olunan keyfiyyət və tamlıqda yerli güc qurğularının olmaması BK-10 və BK-16 katerlərinin gələcək inkişafı üçün əsas problemə çevrilib.

“Bu gün BK-16 katerinin istismar xüsusiyyətlərini azaltmadan əvvəllər ona quraşdırılmış güc qurğusunu əvəz edə bilən yerli mühərrik yoxdur. Hazırda optimal güc qurğusunun seçilməsi üzərində işlər davam edir”, – deyə A.Luşnikov vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS