“Kalaşnikov” konserni yeni pilotsuz uçuş aparatı hazırlayıb

“Kalaşnikov” konserni yeni pilotsuz uçuş aparatı hazırlayıb

Rusiyanın “Kalaşnikov” konserni uzaqdan müşahidə üçün nəzərdə tutulmuş GOESCN modullu yeni “Qranat-4-E” pilotsuz uçuş aparatını (PUA) hazırlayıb.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, konsern müqavilələr əsasında yeni PUA-nın xarici sifarişçilərə tədarüklərinə başlayıb.

Qeyd edilib ki, yeni pilotsuz uçuş aparatı müxtəlif imkanlarla yanaşı, yaxın taktiki zonada passiv lazer yönləndirmə başlığına malik yüksək dəqiqlikli sursatlar üçün lazer hədəfləmə qabiliyyəti təmin edir.

GOESCN modullu “Qranat-4-E” PUA-nın uçuş sürəti 90–130 km/saat arasındadır. Onun maksimum uçuş çəkisi 55 kq-dən çox deyil və düz görmə xəttində istifadə radiusu 55 km-ə qədərdir. Maksimum uçuş hündürlüyü 3000 metr olan PUA-nın buraxılışı katapult vasitəsilə həyata keçirilir.

CATEGORIES