Kanada Ukraynanın F-16-lara keçidini dəstəkləmək üçün hərbi yardım ayırıb

Kanada Ukraynanın F-16-lara keçidini dəstəkləmək üçün hərbi yardım ayırıb

Kanada Ukraynanın F-16 qırıcılarına keçidini dəstəkləmək üçün 60 milyon ABŞ dolları dəyərində hərbi yardım ayırıb.

“Poliqon” xəbər verir ki, bunu Kanadanın milli müdafiə naziri Bill Bleyr Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ukraine Defense Contact Group – UDCG) 19-cu iclasında açıqlayıb.

Bildirilib ki, 60 milyon dollarlıq yardım Hərbi Hava Qüvvələri Qabiliyyət Koalisiyasına ianə ediləcək və bu, Ukraynada F-16 qırıcılarından ibarət avaviasiya parkının yaradılmasına dəstək verəcək. Ayrılan vəsait ehtiyat hissələri, silah stansiyaları, avionika və sursat kimi ehtiyac duyulan F-16 ləvazimatları və avadanlıqlarının alınmasına kömək edəcək.

Hazırda Hərbi Hava Qüvvələri Qabiliyyət Koalisiyası Ukraynanın F-16 keçidinə fokuslanıb, lakin gələcəkdə nəqliyyat, fırlanan qanad və dronlar üzərində də işləyəcək.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından bəri Kanada Ukraynaya 2.4 milyard dollardan çox hərbi yardım ayırıb.

CATEGORIES