Kanada Ukraynaya çox sayda “SkyRanger R70” PUA tədarük edəcək

Kanada Ukraynaya çox sayda “SkyRanger R70” PUA tədarük edəcək

Kanada Ukraynaya 800-dən çox “SkyRanger R70” çoxməqsədli pilotsuz uçuş aparatı (PUA) təhvil verəcək.

“Poliqon” xəbər verir ki, bunu Kanadanın milli müdafiə naziri Bill Bleyr açıqlayıb.

O bildirib ki, ABŞ-ın “Teledyne FLIR” şirkətindən alınan və qiyməti 95 milyon dollardan çox olan 800 ədəd PUA Ukraynanın müdafiə qabiliyyətinin artmasına kömək edəcək.

Bu ianə Kanadanın baş naziri Castin Trüdonun 2023-cü ilin iyununda Kiyevə səfəri zamanı elan etdiyi 500 milyon ABŞ dolları dəyərindəki hərbi yardım hesabına maliyyələşdirilir.

CATEGORIES
TAGS