Kanadanın Ukraynaya yeni hərbi yardım paketi açıqlanıb

Kanadanın Ukraynaya yeni hərbi yardım paketi açıqlanıb

Kanada Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardım paketini elan edib.

“Poliqon” xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Anita Anand Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun onuncu iclası zamanı açıqlayıb.

A.Anand bildirib ki, Ukraynadakı hava hücumundan müdafiə sistemlərini dəstəkləmək üçün bu ölkəyə Kanada Silahlı Qüvvələrinin (CAF) inventarından təxminən 8000 ədəd 155 mm-lik sursat və 12 zenit raketi veriləcək.

Həmçinin, Kanada Ukraynaya 1800 ədəddən çox 105 mm-lik tank təlim mərmisi tədarük edəcək. Həmin mərmilər Danimarka, Almaniya və Niderlandın elan etdiyi “Leopard 1” tanklarının bağışlanması proqramına dəstək göstərəcək.

Müdafiə naziri Silahlı Qüvvələrin Kanada tərəfindən vəd olunan əlavə “Leopard 2” tanklarının tədarükünə fevral ayının sonunda başladığını təsdiqləyib: “Kanada Ukraynaya ümumilikdə səkkiz “Leopard 2” əsas döyüş tankı verib. Artıq onlardan dördü ukraynalı hərbçilərə təlim keçəcək Kanada Silahlı Qüvvələrinin personalları ilə birlikdə Polşaya çatdırılıb. Bütün (8 ədəd) “Leopard 2” tankının, eləcə də daha əvvəl elan edilmiş zirehli xilasetmə maşınının, ehtiyat avadanlıqların və Kanadanın bağışladığı sursatın yaxın həftələrdə Ukraynada olacağı gözlənilir”.

A.Anand qeyd edib ki, 2022-ci ilin fevralından indiyə kimi Kanada Ukraynaya 1 milyard ABŞ dollarından çox hərbi yardım ayırıb.

Poliqon.az

CATEGORIES
TAGS