“KarguFPV” zireh dələn döyüş başlığı ilə hədəfi dəqiqliklə vurdu – VİDEO

“KarguFPV” zireh dələn döyüş başlığı ilə hədəfi dəqiqliklə vurdu – VİDEO

STM şirkəti tərəfindən hazırlanmış “KarguFPV” kamikadze dronunun zireh dələn döyüş başlığı ilə ilk partlatma sınağı keçirilib.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, sınaq zamanı “KarguFPV” dronu zirehli nəqliyyat vasitəsini tam dəqiqliklə vuraraq, maşının zirehini uğurla dəlib.

Beləliklə, Türkiyədə ilk dəfə yerli zireh dələn döyüş başlığına və hərbi standartlara cavab verən tapaya malik FPV dron uğurla sınaqdan keçirilmiş olub.

“KarguFPV” ilə bağlı fikirlərini bölüşən STM-in baş direktoru Özgür Güleryüz, etibarlı, çevik və yüksək təsirli həlləri ən qısa müddətdə sahəyə təqdim etdiklərini bildirib.

“Bu istiqamətdə avtonomiya, görüntü emalı və süni intellekt qabiliyyətlərimizi FPV sistemləri ilə birləşdirərək gələcəyin döyüş mühitinə yön verəcək texnologiyalar inkişaf etdiririk. Fərqli faydalı yükrlə təchiz etdiyimiz “KarguFPV”də zireh dələn döyüş başlığından istifadə etməyə başladıq. Beləliklə, Türkiyədə ilk dəfə yerli zireh dələn döyüş başlığına malik FPV-ni uğurla sınaqdan keçirmiş olduq. STM olaraq dəyişən döyüş mühitinin təbiətinə uyğun, uyğunlaşdırıla bilən və milli həllər təqdim etməyə davam edəcəyik”, – deyə baş direktor vurğulayıb.

Asimmetrik döyüş mühitlərindəki dinamik təhdidlərə qarşı çəkindirici güc təmin edən “KarguFPV” kamikadze dronu, operator tərəfindən idarə edilən reall vaxt görüntü sistemi ilə düşmən elementlərinə yönələrək üzərindəki canlı qüvvə əleyhinə və ya zireh dələn başlıqla hədəfi zərərsizləşdirir. “KarguFPV”, yüksək manevr qabiliyyəti, gecə‑gündüz iş rejimində fəaliyyət göstərə bilməsi və aşağı radar izi sayəsində sabit və hərəkətli hədəflərə qarşı dəqiq zərbə endirməyə imkan verir. İnteqrasiya olunmuş fiber-optik kabel sayəsində “KarguFPV”, elektron müharibə sistemlərindən təsirlənmədən missiyasını davam etdirə bilir. Beləliklə, GPS və ya RF siqnallarından asılı olmadan təhlükəsiz uçuş və hədəfləmə həyata keçirilir.

“KarguFPV”, Türkiyədə MIL‑STD‑331 standartına uyğun olaraq qabaqcıl hərbi təhlükəsizlikli tapaya malik olan yeganə FPV drondur. Bu, həm missiya zamanı, həm də daşınma vaxtı tam təhlükəsizlik təmin edir. Birləşdirilmiş gecə‑gündüz kamerası ilə təchiz olunmuş “KarguFPV” qarışdırma/korlaşdırma kimi elektron müharibə sistemlərinin təsirinə məruz qalmadan əməliyyat apara bilir. Dron istifadəçiyə yaxınlaşma tapa sensoru ilə tənzimlənən məsafədə avtomatik partlayış imkanı təqdim edir. Həmçinin görüntü işləmə dəstəkli avtonom terminal şığıma qabiliyyəti ilə hədəfi işarələyərək tam dəqiqlikli zərbə imkanı verir.

“KarguFPV”, taktiki PUA ailəsindən olan KARGU ilə eyni sursat və tapa sisteminə sahib olması baxımından inventardakı KARGU sursatlarının FPV konseptində də istifadəsinə imkan yaradır. STM dizaynı olan, hərbi standartlara cavab verən tapalarla təchiz edilmiş zireh dələn və canlı qüvvə əleyhinə sursatlar həm Türkiyənin ilk milli kamikadze PUA-sı KARGU, həm də “KarguFPV”də heç bir dəyişiklik olmadan istifadə edilə bilər.

Texniki xüsusiyyətləri:

  • Əməliyyat mənzili – 10 km
  • Havada qalma müddəti – kamikadze rejimində 20+ dəqiqə, müşahidə rejimində 44 dəqiqə
  • Əməliyyat hündürlüyü – 500 m
  • Maksimum hündürlük – 5500 m
  • Döyüş başlığı – Döyüş Başlığı: 1.300 qramlıq antipersonal (820 ədəd qəlpə saçan bilyə)
  • Maksimum uçuş sürəti – 160 km/s

Faydali Yük Seçimləri:

  • Antipersonal döyüş başlığı
  • Zireh dələn döyüş başlığı
  • Fiber-optik kabel

CATEGORIES
TAGS