“Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

“Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə. əvvəlcə xalqın Ümummilli Lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Kurs birincisi əsgər Adəm Həsənov yaş kötüyünə rəmzi emblem vurub. Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Poliqon.az

CATEGORIES