“Komando hazırlığı” kursunun növbəti buraxılış mərasimi keçirilib

“Komando hazırlığı” kursunun növbəti buraxılış mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsi və bölmələrin döyüş qabiliyyəti artırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, 2022-ci ilin hazırlıq planına əsasən, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib.

Əvvəlcə xalqımın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanaraq təşkil olunan “Komando hazırlığı” kurslarının bölmələrin döyüş qabiliyyətinin artırılmasında, hərbiçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində müsbət təsirindən danışılıb.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulanaraq sertifikat və beretlər təqdim olunub.

Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş