
Cənubi Koreyada K30 “Biho” zenit özüyeriyən qurğusunun (ZÖQ) sınaq təlimləri davam etdirilir.
“AzeriDefence”nin məlumatına görə, “Uçan pələng” adı verilən bu sistem yeni əlavə dəstəkçi raket anbarı – bloku ilə də təmin olunub. Həmin blok isə KP-SAM “Shin-Gung” adlanır.
LIG Nex1 şirkətinin məhsulu olan sistem 30 mm topla təchiz olunub. Silah dəqiqədə 600 atəş aça bilir. Effektli atəş zərbəsinin məsafəsi 3 km-ə qədərdir.
Silah hava hədəflərini dəqiq məhv etmək qabiliyyətinə malikdir.
Ümumilikdə atəş məsafəsi isə 7 km-dək çata bilir.




