
Kosovo ABŞ-dan M117 “Guardian” zirehli nəqliyyat vasitələrini təhvil alıb
Kosovo Təhlükəsizlik Qüvvələri ABŞ-dan alınmış yeni M117 “Guardian” zirehli nəqliyyat vasitələrini inventarına daxil edib.
Bu barədə “Poliqon” Kosovo Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, bunun bağlı Kosovonun Baş naziri Albin Kurti, müdafiə naziri Ejup Maqedonci, ABŞ səfirliyinin hərbi attaşesi polkovnik-leytenant Conatan Şou və Kosovo Təhlükəsizlik Qüvvələrinin komandanı general-leytenant Başkim Yaşarinin iştirakı ilə təhvil-təslim mərasimi keçirilib.
Qeyd olunub ki, bu investisiya Kosovo Təhlükəsizlik Qüvvələrinin modernləşdirilməsində mühüm addım olaraq dəyərləndirilir və qüvvəni konstitusion missiyasını icra etmək üçün qabaqcıl texnologiya və vasitələrlə təmin edir.