“Saab” ABŞ Dəniz Piyadalarına əlavə təlim avadanlıqları tədarük edəcək

“Saab” ABŞ Dəniz Piyadalarına əlavə təlim avadanlıqları tədarük edəcək

İsveçin “Saab” şirkəti ABŞ Dəniz Piyadaları Korpusuna əlavə MCTIS (Marine Corps Training Instrumentation Systems) təlim avadanlıqları tədarük edəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün şirkət ABŞ Dəniz Piyadaları Korpusundan 37 milyon dollar dəyərində sifariş alıb.

Sifariş çərçivəsində tədarüklər 2025-2027-ci illər ərzində həyata keçiriləcək.

CATEGORIES