Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 42 kiloqram 970 qram narkotik vasitə marixuananın və 12 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M – 40 həblərinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.