Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən şəxs saxlanılıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən şəxs saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvar ayının 28-də saat 04:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

CATEGORIES