L-39 “Skyfox” təlim təyyarələrinin ilk partiyası sifarişçiyə təhvil verilib

L-39 “Skyfox” təlim təyyarələrinin ilk partiyası sifarişçiyə təhvil verilib

Çexiyanın “Aero Vodochody” şirkəti L-39 “Skyfox” təlim təyyarələrinin üç ədədlik ilk partiyasını Macarıstan Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.

“Poliqon” “Aero Vodochody”ə istinadən xəbər verir ki, bununla bağlı Macarıstan Silahlı Qüvvələrinin Keçkemet şəhərində yerləşən 101-ci Aviasiya Bazasında Müdafiə Nazirliyi və şirkət nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

Qeyd edək ki, Macarıstan HHQ “Aero Vodochody” şirkətinə ümumilikdə 12 ədəd L-39 “Skyfox” sifarişi verib. Sifarişə təyyarələrin tədarükü ilə yanaşı, simulator, təlim və tam dəstək xidmətlərinin göstərilməsi daxildir.

İstehsalçı şirkətin bildirdiyinə görə, sifarişdə nəzərdə tutulan təlimlər çərçivəsində macarıstanlı pilotlar artıq 100-dən çox təlim uçuşu həyata keçiriblər.

CATEGORIES