LAAD-2025: STM qabaqcıl quru və dəniz platformalarını Braziliyada sərgiləyəcək

LAAD-2025: STM qabaqcıl quru və dəniz platformalarını Braziliyada sərgiləyəcək

Türkiyənin STM şirkəti qabaqcıl quru və dəniz platformalarını Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək LAAD-2025 sərgisində təqdim edəcək.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, taktiki mini pilotsuz uçuş aparatları sahəsində Türkiyə və dünyada qabaqcıl sistemlər inkişaf etdirən şirkət, üç fərqli qitədə 10-dan çox ölkəyə ixrac edilən Türkiyənin ilk milli zərbə PUA-sı KARGU-nu piyada əleyhinə və zireh dələn döyüş başlıqları ilə ziyarətçilərə nümayiş etdirəcək.

STM, həmçinin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən, terrorla mübarizədə fəal istifadə olunan və ixracat uğuru əldə edən TOGAN müşahidə-kəşfiyyat PUA-sını və sursat buraxan BOYGA PUA-sını da LAAD-2025-də sərgiləyəcək.

Hərbi dəniz seqmentində şirkət tərəfindən “İstif” sinifli freqat, “Ada” sinifli korvet, STM MPAC hücum kateri, CG-3100 sahil mühafizə gəmisi, STM500 sualtı qayığı və STM NETA insansız avtonom sualtı vasitəsi nümayiş olunacaq.

CATEGORIES
TAGS