
Latviya “ThalesRaytheonSystems” şirkətindən 4 ədəd təkmilləşdirilmiş “Sentinel” AN/MPQ-64 F1 havadan müdafiə radarı satın alıb.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə sentyabrın 30-da “Raytheon” şirkəti məlumat yayıb.
“Sentinel” radarı Latviya Silahlı Qüvvələri tərəfindən ilk satınalmadır. Bu radar ölkənin hava məkanında sabit və dönən qanadlı platformalar, ballistik raketlər və PUA-lar kimi təhdidləri aşkarlamağa, izləməyə imkan verəcək.
Qeyd edək ki, “Sentinel” X-band tezlik intervalında çalışan mobil və üç ölçülü radar sistemidir. Radarın müşahidə radiusu 75 km təşkil edir.



