
Latviyanın NEWT21 şirkəti FOG və RAY suüstü insansız dəniz aparatlarının (İDA) standartlaşdırılmış istehsala və kommersiya istifadəsinə hazırlanmasını nəzərdə tutan layihəni başa çatdırıb.
“Poliqon” NEWT21-ə istinadən xəbər verir ki, “Suüstü insansız dəniz aparatının modernləşdirilməsi və istehsal prosesinin hazırlanması” layihəsi çərçivəsində hər iki platformanın inteqrasiyası və sınaqları həyata keçirilib, habelə yekun texniki sənədlər hazırlanıb.
Layihənin nəticələrinə əsasən, FOG və RAY İDA-ları TRL 8 texnoloji hazırlıq səviyyəsinə çatdırılıb. Bu səviyyə sistemlərin real mühitə yaxın şəraitdə sınaqdan keçirildiyini və seriyalı istehsala hazırlıq mərhələsinə çatdığını göstərir.
Şirkətin bildirdiyinə görə, İDA-ların həm mülki, həm də müdafiə sektorlarında ikili təyinatlı tətbiqi nəzərdə tutulur.
Qeyd edilib ki, bu layihə Avropa Regional İnkişaf Fondu vasitəsilə Avropa İttifaqının birgə maliyyələşdirməsi ilə həyata keçirilib.





