“Leopard 1” tanklarının Ukraynaya çatdırılması gecikib

“Leopard 1” tanklarının Ukraynaya çatdırılması gecikib

Danimarka, Almaniya və Niderland tərəfindən birgə təmin edilən “Leopard 1” tanklarının Ukraynaya çatdırılması bir sıra texniki problemlərə görə təxirə salınıb.

Bu barədə “Poliqon” Danimarka Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Cari ilin yazında Danimarka Ukraynaya ən azı 100 “Leopard 1” tankı bağışlamaq üçün Almaniya və Niderland ilə əməkdaşlığa girib. Bu əməkdaşlıq çərçivəsində ilk tankların cari ilin yaz aylarında Ukrayna Silahlı Qüvvələrinə çatdırıla biləcəyi gözlənilsə də, ortaya çıxan bəzi texniki problemlər səbəbindən tədarük təxirə salınıb.

Məsələyə ilə əlaqədar açıqlama verən Danimarka müdafiə nazirinin vəzifəsini müvəqqəti icra edən Troels Lund Poulsen deyib ki, yenilənmiş ilk “Leopard 1” tankları aprel ayında hazır olmalı idi. Lakin tankın yenilənməli olan elementlərinin çatdırılmasında yaşanan gecikmələr “Leopard 1”lərin vaxtında Ukraynaya göndərilməsini təxirə saldı.

İlk tankların iyul ayı ərzində Ukraynaya göndəriləcəyini vurğulayan T.L.Poulsen bildirib ki, növbəti tədarüklər vaxtında həyata keçiriləcək.

Poliqon.az

CATEGORIES
TAGS