Litva HHM imkanlarını artırır

Litva HHM imkanlarını artırır

Litva hava hücumundan müdafiə (HHM) imkanlarını artırmaq üçün Polşadan GROM daşınabilən zenit-raket kompleksləri (DZRK) alacaq.

Bu barədə “Poliqon” Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, GROM DZRK-lərin satın alınması ilə bağlı 20 milyon avrodan çox dəyəri olan sövdələşməni Litvanın müdafiə naziri Arvydas Anuşauskas və onun polşalı həmkarı Mariuş Blaşçak imzalayıb.

GROM kompleksi Polşanın “Polska Grupa Zbrojeniowa” (PGZ) konserninin təkibinə daxil olan “Mesko” şirkəti tərəfindən istehsal edilir. Kütləsi 18.5 kiloqram təşkil edən DZRK, 10-3500 metr yüksəklikdəki və 500-5500 metr uzaqlıqdakı təyyarələri, helikopterləri, eləcə də infraqırmızı spektral diapazonda radiasiya yayan və vizual olaraq gözlə görülə bilən digər hava hədəflərini məhv etmək bacarığına sahibdir.

Poliqon.az

CATEGORIES
TAGS