Xəbərlər

“Lockheed Martin” yeni antidron sistem yaradıb

“Lockheed Martin” şirkəti tərəfindən MoRFİUS – “uçan mikrodalğalı soba” adlı antidron sistem yaradılıb.

“Poliqon” xəbər verir ki, “Breaking Defense” nəşrinin bildirməsinə görə, “Mobile Radio Frequency-İntegrated Unmanned Aircraft Systems Suppressor” (MoRFİUS) sistemi özündə mikrodalğalı şüalandırıcılarla təchiz edilmiş kiçik dronu tərənnüm edir.

Dron, mikrodalğalı şüalandırıcılar sayəsində digər dronların elektronikasını sıradan çıxarır.

“AUSA Global Force Next” konfransı çərçivəsində keçirilən təqdimat mərasimində istehsalçının mütəxəssisləri MoRFİUS dronunun bəzi xüsusiyyətləri haqqında danışıblar.

Yeni dronun kütləsi 14 kq-dır və diametri 15 sm olan borudan-xüsusi pnevmatik qurğudan buraxılır. Qrup halında fəaliyyət göstərərək, MoRFİUS düşmən dronlarına 1 qiqavatt gücündə enerji zərbəsi yetirə bilir. Zərbə yetirdikdən sonra MoRFİUS geriyə bazaya qayıdır.

İstehsalçının sözlərinə görə, MoRFİUS dron sürüləri ilə mübarizə aparmaq üçün təyin edilib. Bilavasitə havada fəaliyyət göstərməsi sayəsində, o öz düşmənlərinə yaxın olur və yerdən işləyən oxşar sistemlərə nisbətən onlara daha effektiv şəkildə təsir göstərir.

MoRFİUS ABŞ Silahlı Qüvvələrinin kiçik dronlarla ucuz və effektiv mübarizə sistemlərinin alınması proqramı çərçivəsində yaradılıb.

Qeyd edək ki, ötən il “Joint Counter-Small Unmanned Aircraft Systems Office” (JCO) bölməsi 40 namizəddən 8 layihəni seçərək uyğun sistemlərin bir neçə sınağını keçirib. “Lockhedd Martin” şirkətinin MoRFIUS layihəsi də onlardan biridir.

MoRFİUS-a final sınaqlarında elektromaqnit və kinetik təsir göstərməklə dronlarla mübarizə üçün təyin edilmiş digər sistemlərlə yarışmaq lazım olacaq.

Əhəd Əzizov

Back to top button