Müdafiə
“Marlin-350” insansız sualtı vasitəsi silahlanmaya qəbul olundu

Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) məsafədən idarə olunan yeni insansız sualtı vasitəni silahlanmaya qəbul edib.
“AzeriDefence”nin məlumatına görə, avadanlıq “Tetis Pro” şirkətində hazırlanıb. “Marlin-350” sualtında – 350 metr dərinlikdə axtarış-müşahidə işlərini həyata keçirəcək. Bu avadanlığı xilasetmə işlərinin həyata keçirilməsində də istifadə etmək mümkündür.
Aparata müşahidə aparması üçün hidrolakator və sualtında əməliyyat-axtarış işlərinin həyata keçirilməsi üçün digər qurğular da inteqrasiya etmək olar.
Şirkət 600-1000 metr dərinlikdə də fəaliyyət göstərə bilən insansız sualtı vasitənin yaradılması istiqamətində də işlərə başlayıb.



