MARLİN insansız kateri ilk dəfə peyk vasitəsi ilə idarə olunub – FOTOLAR

MARLİN insansız kateri ilk dəfə peyk vasitəsi ilə idarə olunub – FOTOLAR

ASELSAN şirkətinin inkişaf etdirdiyi MARLİN insansız kateri DENİZKURDU-II/2024 təlimində ilk dəfə peyk vasitəsilə idarə olunub.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, elektron müharibə (EW) sistemləri təchiz olunan TCB 1101 bort nömrəli MARLİN insansız kateri təlimin ssenarisi çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin suüstü döyüş platformaları ilə birlikdə əməliyyatlar icra edib. İlk dəfə DENİZKURDU-II/2024 təlimində peyk vasitəsilə idarə olunan MARLİN insansız kateri EW və kəşfiyyat-müşahidə fəaliyyətlərinə əsaslanan təlimin Çox Təhdidli Mühitdə Əməliyyatlar mərhələsində iştirak edib.

Xatırladaq ki, TCB 1101 bort nömrəli MARLİN insansız kateri cari ilin yanvar ayında Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

CATEGORIES
TAGS