MBDA şirkətinin inkişaf etdirdiyi “One Way Effector” hücum PUA-sına baxış – TƏHLİL

MBDA şirkətinin inkişaf etdirdiyi “One Way Effector” hücum PUA-sına baxış – TƏHLİL

Hərbi Hava Qüvvələrinin son və cari əməliyyatlarından əldə edilən təcrübə göstərir ki, münaqişələr artıq proqnozlaşdırıla bilən mərhələləri izləmir və hədəf seçimi artıq statik deyil, yüksək dinamik prosesdir.

“Poliqon”un məlumatına görə, bu xüsusi kontekstdə MBDA yeniliklər etməyə davam edir və yeni nəsil imkanlar üzərində işləməklə növbəti nəsil vasitələri – yeni effektorları tətbiq edir.

Çoxsaylı məhvetmə vasitələri ilə MBDA “AKERON RCX” və “AKERON RCH” kimi süzən sursatlardan, “Land Cruise” raketlərinə və nəhayət, “Paris Air Show 2025” sərgisində nümayiş etdirdiyi yeni “One Way Effector” (qısaca OWE) pilotsuz uçuş aparatı (PUA) təklifinə qədər cari portfelini inkişaf etdirir.

OWE təklifi MBDA şirkətinin qanadlı raketlər və uzaqdan idarə olunan döyüş sursatları sahəsində təcrübəsini birləşdirir. İnnovativ tərəfdaşlıqlar sayəsində o, yeni PUA texnologiyalarından və mülki sənayenin istehsal imkanlarından faydalanır.

OWE işçi adı altında həyata keçirilən layihə kütləvi istehsal və döyüş istifadəsi üçün uyğun olan ən sadə və ucuz PUA-nın yaradılmasını nəzərdə tutur. Bu yanaşma sayəsində onlar bir sıra yeni imkanlar və üstünlüklər əldə etməyi planlaşdırırlar. Yaradıcılar onu hətta ən qabaqcıl hava hücumundan müdafiə (HHM) sistemlərinin dəf etmək üçün bir vasitə kimi mövqeləndirirlər.

İnkişafetdirici olan MBDA şirkəti yeni layihə haqqında məlumatı “Paris Air Show 2025” sərgisində təqdim edib. Tədbirdə layihənin mövcudluğu, eləcə də məqsəd və xüsusiyyətləri açıqlanıb. Bundan başqa, perspektivli PUA-ların qrup şəklində istifadəsini əks etdirən reklam şəkli dərc edilib.

“One Way Effector” layihəsinin Fransa silahlı qüvvələrinin istəyinə uyğun olaraq yaradıldığı bildirilir. Fransalı hərbiçilər Rusiyanın “Geran” seriyalı PUA-larından istifadə edərək kütləvi zərbələr endirdiyini nəzərə alıb, oxşar silahlar əldə etmək istəyiblər. Keçən il Fransa hərbçiləri MBDA şirkətinə öz istəklərini çatdırmış, şirkət isə yeni konsepsiya hazırlamağa başlamışdır. İndi dövrə qədər o, gələcək PUA-nın görünüşünü formalaşdırıb və texniki inkişafa başlayıb. Xarici mətbu orqanlarında OWE layihəsinin bəzi götürülmüş ideyalardan istifadə etdiyi, lakin ümumilikdə bu, orijinal inkişaf olduğu bildirilir.

518319175 1285953729696569 1819878520444552795 nKonsepsiyaya əsasən, OWE PUA mümkün olan qədər sadə və ucuz olacaq. Bu, kütləvi istehsala imkan verəcək və kütləvi qrup istifadəsini təmin edəcəkdir. Çox sayda PUA istifadəsi ilə düşmənin HHM sistemlərinin dəf olunmasını və susdurulmasını təmin etmək təklif olunur. Kütləvi OWE reydlərinin düşmən radiolokasiya stansiyalarının (RLS) və atəş vasitələrinin mövqelərini aşkar etməyə kömək edəcəyi və bu məlumatların HHM sisteminin susdurulması üçün istifadə ediləcəyi nəzərdə tutulur. Bundan əlavə, bəzi PUA-lar atəşi özlərinə cəlb edəcək və düşmənin döyüş sursatının tükənməsinə töhfə verəcək.

Yeni PUA kütləvi zərbələr endirməklə düşmənin HHM sistemlərini tükəndirmək üçün təyin edilib. Qalan pilotsuz təyyarələr daha sonra daha az risklə hədəflərinə çata biləcəklər. Düşmənin HHM sistemi zəiflədikdən sonra zərbələrdə digər qüvvələr və vasitələr, məsələn, taktiki aviasiya öz “hava-yer” döyüş sursatları ilə iştirak etməlidir.

MBDA şirkətindən bildirilir ki, OWE PUA-sının layihələndirilməsinə ötən ilin sonunda başlanıb. Sınaq nümunələrinin yaxın aylarda təqdim ediləcəyi gözlənilir, proses isə tamamlanmaq üzrədir. Sınaq nümunəsinin və ya nümunələrinin ilk uçuşları gələn ilin payızına, yəni Fransa ordusu hissələrinin iştirak etdiyi ilk səhra sınaqları bu ilin noyabrına planlaşdırılır. Hərbi ekspertlər qeyd edirlər ki, sınaqlar uğurla başa çatarsa, Fransa belə sistemləri kütləvi şəkildə tətbiq edən ilk NATO ölkəsi ola bilər. Sınaq və tənzimləmələrin nə qədər davam edəcəyi isə hələ məlum deyil.

Bildirilir ki, yaxın vaxtlarda MBDA əldə edilmiş nəticələri Fransa Müdafiə Nazirliyinə təqdim etməyi və mümkün satınalmalarla bağlı danışıqlara başlamağı planlaşdırır. Müdafiə Nazirliyi layihənin sifarişçisi olub və bu proses uğurlu başa çata bilər. Lakin müqavilənin mümkün müddəti, onun həcmi və dəyəri hələlik məlum deyil.

Yaxın gələcəkdə müqavilənin bağlanması şərti ilə MBDA şirkəti 2027-ci ildən gec olmayaraq seriyalı istehsala başlamağa hazırdır. Genişmiqyaslı istehsalı həyata keçirmək üçün MBDA adı Fransanın hələlik açıqlanmayan böyük avtomobil istehsalçısı ilə birləşib. Şirkətin planları miqyas baxımından çox təsiredicidir. Sifarişin həcmindən və mövcud istehsal gücündən asılı olaraq, aylıq 1000 dəstə qədər OWE PUA yığıla bilər.

MBDA şirkətində daha əvvəl qeyd edilmişdi ki, PUA və digər məmulatların birgə istehsalı üçün adı açıqlanmayan avtomobil istehsalçısı ilə danışıqlar aparılır. Çox güman ki, bu danışıqlar o zaman elan olunmayan OWE layihəsi ilə bağlı olub.

Bu arada qeyd etmək lazımdır ki, MBDA şirkətinin yeni PUA-nı beynəlxalq bazara çıxarmağa çalışacağı gözlənilir. Ukrayna hadisələrini izləyən və davam edən hərbi əməliyyatların təcrübəsini təhlil etməyə çalışan yeganə ölkə Fransa deyil. Rusiya Silahlı Qüvvələrinin “Geran” PUA-larının istifadəsinin nəticələri, digər ölkələri də maraqlandırmalıdır. Nəticədə onları Avropanın zərbə PUA-sı maraqlandıra bilər.

518159715 1285953799696562 5310078466368294190 nYaradıcı şirkət perspektivli OWE PUA-larının necə görünüşə malik olacaqlarınl göstərmiş, həmçinin onların bəzi texniki xüsusiyyətlərini açıqlamışdır. Əldə olan məlumatlar, ümumiyyətlə, layihənin Rusiyanın “Geran” və İranın “Shahed” PUA-larını nəzərə yetirməklə yaradıldığını göstərir, lakin eyni zamanda, öz ideyaları da hazırlanır.

OWE PUA-nın quyruqsuz sxemdən istifadə etməklə qurulması təklif olunur. Qurğu torpedoşəkilli gövdəyə və ortada quraşdırılmış üçbucaq (delta) qanada malik olacaq. Kil funksiyalı xarakterik V formalı qanad ucları nəzərdə tutulmuşdur. Gövdə plastik və kompozitdən hazırlanacaq. Ölçüləri və çəkisi hələ göstərilmir. Ola bilsin ki, ölçülərinə görə Avropa PUA-sı Rusiya və İran məmulatlarına bənzəyəcək.

Ehtimal edilir ki, PUA-nın məhdud radiolokasiya görünmə qabiliyyəti olacaq. Layihəyə müəyyən sxem və ya materiallar kimi bəzi stels (stealth) texnologiyalar daxildir. Bununla belə, görünmə qabiliyyətinin azaldılması layihənin əsas məqsədlərindən biri deyil və yalnız digər texnologiyalardan istifadənin nəticəsidir.

PUA kiçik ölçülü qısa resurslu turboreaktiv mühərriklə təchiz ediləcək. Hava girişi gövdənin yuxarı səthində pəncərə şəklində hazırlanır ki, bu da radiolokasiya görünmə qabiliyyətini azaltmalıdır. Gövdənin daxili həcminin bir hissəsi isə yanacaq çənlərinə veriləcək.

PUA-nın uçuş xüsusiyyətləri, hətta təxmini olanlarını belə, hələ ki, açıqlanmır. Təklif olunan mühərrik qurğusu yüksək səsəqədər sürət əldə etməyə imkan verir. Ölçülərdən və yanacaq ehtiyatından asılı olaraq uçuş məsafəsi yüzlərlə kilometrə çata bilər.

Yeni PUA-nın əsas xüsusiyyəti onun müstəsna xərc-effektivlik nisbətidir. Aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq və mülki texnologiyaların istifadəsi sayəsində MBDA qiyməti mövcud analoqlardan 60% aşağı olan PUA yaratmağa müvəffəq olub. Eyni zamanda, PUA təsiredici taktiki-texniki xüsusiyyətlərini saxlayır. Belə ki, onun uçuş məsafəsinin 500 kilometr, çəkisi 40 kiloqram olan döyüş başlığının isə demək olar ki, bütün müasir RLS-ni və HHM sistemlərinin elementlərini sıradan çıxarmağa qadirdir. Tuşlama GPS vasitəsilə həyata keçirilir. O, kiçik reaktiv mühərrikdən istifadə edərək saatda təxminən 400 kilometr sürətlə hərəkət edir və qanad açıqlığı təxminən üç metrdir.

OWE PUA sadə və ucuz idarəetmə sisteminə sahib olacaq. Avtopilot peyk naviqasiyasından istifadə edəcək və əvvəlcədən daxil edilmiş koordinatlarla hədəfə doğru kurs quracaq. Kompleksin yerüstü vasitələrlə əlaqəsi, sürünün formalaşması və s. təmin edilmir.

PUA katapultdan və ya maili istiqamətləndiricidən buraxılacaq. Belə qurğuların uyğun özüyeriyən platformalarda quraşdırılması planlaşdırılır. Buraxılışln yerdən və ya özüyeriyən platformadan yaylım ilə həyata keçirilməsi planlaşdırılır. OWE düşmənin HHM sistemini, komanda məntəqələrini və RLS-lərini vura bilər.

Buraxma qurğusunun sadəliyi çoxlu sayda komplekslərin sürətli istehsalına, eləcə də böyük bölmələrin formalaşmasına kömək edəcəkdir. Müvafiq olaraq kütləvi hücumlar təşkil etmək mümkün olacaq.

Qeyd edildiyi kimi, “One Way Effector” layihəsi istehsal və istismarın sadəliyinə və aşağı qiymətinə diqqət yetirir. Fransa Müdafiə Nazirliyi və MBDA haqlı olaraq hesab edir ki, bu, daha geniş vəzifələrin həllinə, PUA-ların ümumi səmərəliliyini artırmağa, həmçinin iqtisadi göstəriciləri məqbul səviyyədə saxlamağa imkan verəcək.

Ümumiyyətlə, təklif olunan ucuz və sadə zərbə PUA konsepsiyası maraqlı görünür və böyük gələcəyə malikdir. Bununla belə, hər bir belə layihənin real perspektivləri bir sıra müxtəlif amillərdən asılıdır. Əvvəla, bu, yaradıcı şirkətin bütün xüsusi tələblərə cavab verən konstruksiya yaratmaq qabiliyyətidir.

Bir sözlə, yeni PUA-nın konsepsiyası son hərbi münaqişələr nəzərə alınmaqla hazırlanıb. O, Ukrayna müharibəsi zamanı əldə edilmiş təcrübə əsasında hazırlanıb və kütləvi yükün təsiri ilə düşmənin mürəkkəb HHM sistemlərini aşkar etmək və məhv etmək üçün nəzərdə tutulub.

Strateji bombardmançı təyyarələrə və döyüş sursatı çatdıran təyyarələrə hücumlar da daxil olmaqla, kamikadze PUA-ların iştirakı ilə baş verən münaqişələr onların strateji əhəmiyyətini sübut etmiş və bu cür sistemlər üçün yerli istehsal imkanlarına malik olmağın vacibliyini nümayiş etdirmişdir.

Ümumiyyətlə, xarici müdafiə sənayesi analitikləri razılaşırlar ki, MBDA tərəfindən təqdim olunan OWE PUA müasir ordulara potensial düşmənlərin HHM sistemləri ilə effektiv şəkildə mübarizə aparmağa imkan verəcək çatışmayan bəndə çevrilə bilər. Eyni zamanda, mümkün ixrac tədarükləri ilə bağlı sual açıq olaraq qalır – şirkət nümayəndələri əvvəlcə sınaq dövrünü başa çatdırmağın zəruriliyini əsas gətirərək bu məsələni şərh etməkdən çəkinirlər.

Eyni zamanda, MBDA şirkəti iddia edir ki, “One Way Effector” layihəsinin inkişafı tam sürətlə gedir və istənilən nəticəyə yaxınlaşır. Sınaqlar payızda başlayacaq və ilk nəticələr bundan sonra veriləcək. Tamamilə mümkündür ki, layihənin ümumi sadəliyi onun uğurla həyata keçirilməsinə kömək edəcək. Bununla belə, qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirilməsinə və kommersiya uğuruna hələ də zəmanət verilmir.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS