Mədət Quliyev və Məhəmməd İsrar Tarin arasında görüş keçirilib

Mədət Quliyev və Məhəmməd İsrar Tarin arasında görüş keçirilib

Oktyabrın 26-da Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyədə keçirilən SAHA EXPO 2022 Müdafiə və Aerokosmik sərgisi çərçivəsində Pakistanın Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı hər iki nazir Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılacağını bildiriblər.

Daha sonra qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.

Xatırladaq ki, oktyabrın 25-dən 28-dək İstanbulda təşkil edilən SAHA EXPO 2022 Müdafiə və Aerokosmik sərgisinə 25-dən çox ölkədən 1000-ə yaxın yerli və xarici şirkətlər qatılıb.

Poliqon.az

CATEGORIES