
Məhərrəm Əliyev: Dövlət sərhədlərinin mühafizəsində yeni üsulların tətbiqi istiqamətində işlər aparılır
Dövlətimizin sərhədlərinin mühafizəsində yeni üsulların tətbiqi istiqamətində işlər aparılır.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.
O bildirib ki, Azərbaycanda sərhəd təhlükəsizliyinə xüsusi önəm verilir: “Müharibə nəticəsində torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz bərpa olunub”.
M.Əliyev Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə tərəfdar olduğunu vurğulayıb: “Bu baxımdan, sərhədlərin qorunması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin bu məsələdə güclərin səfərbər edilməsi vacib əhəmiyyət kəsb edir. Əminəm ki, Şuranın fəaliyyəti bundan sonra da əməkdaşlığımızın daha da gücləndirilməsinə müsbət təsir göstərəcək”.