Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

General-polkovnik Əliyev Məhərrəm Abış oğlu dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

“Poliqon” Prezidentin saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Məhərrəm Əliyev Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır.

Poliqon.az

CATEGORIES
TAGS