“Meteksan Savunma” ən son texnologiyalara malik məhsullarını IDEF-2025-də təqdim edəcək

“Meteksan Savunma” ən son texnologiyalara malik məhsullarını IDEF-2025-də təqdim edəcək

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Meteksan Savunma” IDEF-2025 sərgisində ən son texnologiyalara malik məhsul və həllərini təqdim etməyə hazırlaşır.

“Meteksan Savunma”dan “Poliqon”a veriilən məlumata görə, şirkət sərgi boyunca radar sistemlərindən elektron müharibə həllərinə, rabitə sistemlərindən sualtı akustik texnologiyalarına qədər geniş çeşiddə innovativ məhsullarını nümayiş etdirəcək.

Bildirilib ki, şirkətin stendi Türkiyə Silahlı Qüvvələri və digər dost ölkələrin dəyişən və inkişaf edən tələbatlarına uyğun, yüksək performanslı və etibarlı həllər axtaran bütün ziyarətçilər üçün mühüm bir dayanacaq nöqtəsi olacaq. IDEF-2025 sərgisi “Meteksan Savunma” üçün beynəlxalq arenadakı gücünü və əməkdaşlıq potensialını artırmaq baxımından da vacib fürsət olacaq.

“Meteksan Savunma” IDEF-2025 sərgisində aşağıdakı məhsullarını təqdim edəcək:

  • MİLSAR SAR/MTI radarı;
  • KAPAN antidron sistemi;
  • “Retinar” AESA çox missiyalı radar sistemi;
  • “Retinar PTR” yerüstü müşahidə radarı;
  • “Retinar GSR” yerüstü müşahidə radarı;
  • AGNOSIS Anti-Jamming GNSS sistemi;
  • SEDEN KKS qəbuledicisi;
  • SEYMEN naviqasiya elektron hücum sistemi;
  • MERT elektron hücum sistemi;
  • AKSON C-Band məlumat əlaqəsi və uzaqdan sörüntü terminalı;
  • SUVDES sualtı qayıq və sualtı vasitə aşkarlama sistemi.

“Meteksan Savunma” şirkətinin baş direktoru Adil Baktır IDEF-2025 sərgisi ilə bağlı fikirlərini bölüşüb.

“IDEF-2025 “Meteksan Savunma” olaraq son dövrdə inkişaf etdirdiyimiz texnologiyaları və imkanlarımızı nümayiş etdirmək üçün önəmli bir platformadır. Türkiyə Silahlı Qüvvələri və digər dost və müttəfiq ölkələrin ehtiyaclarına uyğun qabaqcıl həllərimizi IDEF-2025 sərgisində təqdim etməkdən qürur duyuruq. Sərgi boyunca bütün iştirakçıları stendimizə dəvət edir və müdafiə sənayesinin gələcəyinə yön verən texnologiyalarımızı yaxından görməyə çağırırıq”, – deyə Adil Baktır qeyd edib.

CATEGORIES
TAGS