SənayeXəbərlər

MİRAS və MKE arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.

“Poliqon” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin MKE və onun tərkibinə daxil olan “Ender ARGE” şirkətlərinin rəhbərliyi ilə görüşlər keçirib.

Görüşlər zamanı tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, 2026-cı ilin may ayında Türkiyədə keçirilən SAHA 2026 müdafiə sənayesi sərgisində MKE ilə MİRAS şirkətləri arasında zirehli texnikaların modernizasiyasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər BMP-1 piyada döyüş maşınlarının modernləşdirilməsi, eləcə də TOLGA döyüş qüllələrinin BMP-1 platformalarına inteqrasiyası istiqamətində birgə işlərin həyata keçirilməsini nəzərdə tutan əməkdaşlıq barədə razılığa gəliblər.

Back to top button