MKE istehsalı hərbi məhsullar yerli müştərilərə təhvil verilib

MKE istehsalı hərbi məhsullar yerli müştərilərə təhvil verilib

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən müxtəlif say və kalibrlərdə olan məhsullar müştərilərə çatdırılıb.

MKE-dən “Poliqon”a verilən məlumata görə, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verməyə davam edir.

Son bir həftə ərzində MKE tərəfindən yerli müştərilərə aşağıdakı məhsullar çatdırılıb:

  • Hərbi Hava Qüvvələri Komandanlığına: Mk84 aviasiya bombası.
  • BMC şirkətinə: “Altay” tankı üçün silah sistemi, “Fırtına” özüyeriyən artilleriya qurğusu üçün silah sistemi ve avadanlıqları.
  • Milli Müdafiə Nazirliyinin Tərsanələr Baş İdarəsinə: 127 mm-lik dəniz topu lüləsi.
  • FNSS şirkətinə: PMT-76 platforma pulemyotu.
  • SSTEK şirkətinə: 40 mm-lik barabanlı qumbaraatan.
  • ASFAT şirkətinə: 155 mm-lik “Panter” özüyeriyən artilleriya qurğusu üçün avadanlıqlar.
  • Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinə: ehtiyat hissə.
  • Mülki bazarın ehtiyacları çərçivəsində: ehtiyat hissə.
CATEGORIES
TAGS