
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verməyə davam edir.
MKE-dən “Poliqon”a verilən məlumata görə, son bir həftə ərzində şirkət müştərilərə müxtəlif sayda və kalibrlərdə olan aşağıdakı məhsulların çatdırılmasını həyata keçirib:
- Türkiyə Quru Qoşunları Komandanlığına: OZOK əl qumbarası və 2.75 inç-lik raket mühərriki.
- Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinə: E-ZPT elektrikli zirehli personal daşıyıcı, “Fırtına” özüyeriyən artilleriya qurğuları üçün lülə və avadanlıqlar.
- ASELSAN şirkətinə: 40 mm-lik yüksək sürətli təlim sursatı.









