MKE istehsalı “Yavuz” ÖAQ Braziliya Ordusuna təklif olunur

MKE istehsalı “Yavuz” ÖAQ Braziliya Ordusuna təklif olunur

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən inkişaf etdirilən  155 mm-lik “Yavuz” özüyeriyən artilleriya qurğusu (ÖAQ) Braziliya Ordusunun “VBC OAP 155mm SR” proqramında yarışacaq.

Bu barədə “Poliqon” “Defence360”a istinadən xəbər verib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları çərçivəsində hazırlanan “Yavuz” ÖAQ 6×6 təkər formuluna malik taktiki yük maşınının şassisi üzərinə inteqrasiya olunub. Personalın təhlükəsizliyini təmin etməkdən ötrü yük maşını tamamilə zirehli olaraq hazırlanıb.

İstehsalçının sözlərinə görə, “Yavuz” rəqibləri ilə müqayisədə daha az texniki xidmət tələb edir və istifadəçiyə asan nəqletmə imkanı verir.

Texniki xüsusiyyətləri:

  • Ekipajı – 5 nəfər;
  • Ağırlığı – 32 ton;
  • Uzunluğu – 10.8 m;
  • Hündürüyü – 4.1 m;
  • Eni – 2.6 m;
  • Maksimum sürəti – 90 km/saat;
  • Hərəkət mənzili – 600 km;
  • Atəş bacarığı – 1 dəqiqədə 4-6 atəş;
  • Mərmi tutumu – 18 ədəd;
  • Mərminin doldurulması – əl ilə və ya yarı avtomatik;
  • İstifadə etdiyi sursatlarla vuruş məsafəsi – M107 (HE) sursatı ilə 18 km, M549A1 (HE) sursatı ilə 30 km və MOD274 sursatı ilə 40 km.

Poliqon.az

CATEGORIES
TAGS