
SAHA 2026 sərgisində Türkiyə Milli Müdafiə Nazirliyinin Təchizat Xidmətləri Baş İdarəsi ilə “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti arasında müxtəlif sayda KBRN qoruyucu avadanlıqlarının tədarükünə dair müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, MKE tərəfindən hazırlanmış yerli və milli KBRN qoruyucu avadanlıqları yüksək qoruma səviyyəsi və çətin sahə şəraitinə uyğunlaşma qabiliyyəti ilə ön plana çıxır.
Müqavilə çərçivəsində qoruyucu geyim, qaz maskası, əlcək və bot örtükləri tədarük ediləcək. Bu avadanlıqlar müxtəlif əməliyyat tələblərinə uyğun olaraq modul quruluşda hazırlanıb.
MKE-nin KBRN həlləri Türkiyə Silahlı Qüvvələrinin bütün növ təhdidlərə qarşı hazırlıq səviyyəsini gücləndirməyə davam edir.







