DünyaXəbərlər

MKE və PGZ arasında birgə istehsal imkanları qiymətləndirilib

Türkiyə mərkəzli MKE şirkətinin baş direktoru İlhami Keleş Polşaya səfəri çərçivəsində bu ölkənin “Polska Grupa Zbrojeniowa” (PGZ) şirkətinin baş direktoru Adam Leskieviç ilə görüşüb.

“Poliqon” MKE-yə istinadən xəbər verir ki, görüş zamanı iki şirkət arasında mümkün əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Tərəflər, xüsusilə müdafiə sənayesi sahəsində birgə istehsal və potensial əməkdaşlıq imkanlarını qiymətləndiriblər.

Qeyd edək ki, bu görüş Türkiyə və Polşa müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı texnoloji imkanların inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
HP 60L1WUAAIq4o
Back to top button