MKEK Azərbaycanla mina təmizləmə sahəsində əməkdaşlığa diqqət yetirir

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) ötən il Azərbaycanla münasibətlər çərçivəsində əsas diqqəti ixracata və humanitar mina təmizləmə sahəsində əməkdaşlığa yönəldib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə MKEK şirkətinin 2011-ci ildə fəaliyyətinə dair hesabatında məlumat verilib.

Türkiyə-Suriya sərhədindəki minalı ərazilərin təmizlənməsi məqsədi ilə ortaq çalışılacaq firmaların təsbiti üçün 2010-cu ilin sonlarından başlayaraq MKEK tərəfindən bir sıra ölkə daxili və xaricdən firmalarla görüşlər keçirilib. Bu çərçivədə MKEK-in 5 nəfərlik heyəti Azərbaycanda olub. ANAMA-nın strukturu, fəaliyyəti və vəzifələri barədə bilgilər alıb, o cümlədən həyata keçirilən mina təmizləmə əməliyyatı və minaaxtaran itlərin öyrədilməsi ilə yerində tanış olublar. Bundan sonra mina təmizləmə sahəsində təlimlərin keçirilməsi üçün ANAMA-ya məktubla müraciət olunub.

İlk olaraq MKEK tərkibində yaradılmış çalışma qrupunun 8 vəzifəli personalına ANAMA tərəfindən Azərbaycanda 26 günlük təməl mina təmizləmə kursları keçirilib. Kursu başa vurmuş heyətə sertifikatlar təqdim olunub. Alınan sertifikatlar başlanğıc səviyyədə ilk yardımın göstərilməsi, mina və partlamamış sursatların tanınması, xəritə oxuma, mexaniki mina təmizləmə və birinci səviyyəli EOD –i əhatə edir.

Layihənin önəmi və böyüklüyü nəzərə alınaraq, bundan sonra, 2011-ci il 6 iyun – 7 iyul tarixlərində MKEK-in daha 10 personalı Azərbaycanda eyni təlimləri alıb. Təməl mina təmizləmə təlimlərinə qatılmış EOD-1 sertifikatına malik 10 nəfərdən ibarət MKEK personalı 2011-ci il 28 noyabr – 23 dekabr tarixlərində Azərbaycanda EOD-2 kurslarını bitirib.

CATEGORIES