MKEK-in yeni istehsal müəssisəsinin açılışı olub – FOTOLAR

MKEK-in yeni istehsal müəssisəsinin açılışı olub – FOTOLAR

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatının (MKEK) Energetika məhsullarının istehsalı müəssisəsinin açılış mərasimi və məhsul təqdimatı keçirilib.

“Poliqon” MKEK şirkətinə istinadən xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dünyada hərbi məhsulların texnologiyaları sürətlə dəyişir.

“Bugün açılışını reallaşdırdığımız partlayıcı maddələr müəssisəsi ilə yeni nəsil elektrik hibrid sistemli zirehli döyüş maşınlarının və “Boran” toplarının ölkəmizə, müdafiə sənayemizə, Türk Silahlı Qüvvələrimizə xeyirli olmasını diləyirəm”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Sonra Türkiyə Prezidenti yerli və milli imkanlarla istehsal olunan nəqliyyat vasitələri, avadanlıq, silah və sursatlarla yaxından tanış olub.

Poliqon.az

CATEGORIES
TAGS