STM şirkəti qabaqcıl dəniz platformalarını Norveçdə sərgiləyir

STM şirkəti qabaqcıl dəniz platformalarını Norveçdə sərgiləyir

Türkiyənin STM şirkəti qabaqcıl dəniz platformalarını Norveçin paytaxtı Oslo şəhərində keçirilən “Undersea Defence Technology 2025” (UDT-2025) sərgisində nümayiş etdirir.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, şirkət UDT-2025-də Türkiyənin xüsusi əməliyyatlar və hücum məqsədli ilk milli sualtı qayıq dizaynı olan STM500-ü və türk mühəndislər tərəfindən dizayn edilmiş STM NETA insansız avtonom sualtı vasitəsini sərgiləyir.

Bundan başqa, sərgidə şirkət tərəfindən “İstif” sinifli “TCG İstanbul” (F-515) freqatı, “Ada” sinifli korvet, logistika dəstək gəmisi və STM MPAC hücum kateri də ziyarətçilərə təqdim olunur.

CATEGORIES
TAGS