MN: Azərbaycanın sülhməramlıları Əfqanıstanda xidməti vəzifələrini davam etdirir

MN: Azərbaycanın sülhməramlıları Əfqanıstanda xidməti vəzifələrini davam etdirir

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.

“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarında yazdığına görə, daimi əsasda sülhməramlılarla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

“Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir”, – deyə məlumatda deyilir.

Poliqon.az

CATEGORIES
TAGS